
Azərbaycanda iki nəfərdə silah tapıldı
Nardaranda maşından silah tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı oradan “Cometa-100” markalı pnevmatik tüfəng aşkar edilərək götürüblər. Silah 42-ci Polis Bölməsinə təhvil verilib.
Digər məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini M.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Keçmiş məhkumun evindən 4 kilodan çox narkotik tapıldı
27 yanvar 2021 , 13:27
Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47