2389
15:55
28 Yanvar 2020

Bülənt Ərsoya bahalı hədiyyə verən bu qızdır - FOTOLAR

Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

Lent.az -ın axşam.az-a istinadən verdiyi məlumata görə, Nigar Məmmədova “Boomerang Label” adlı şirkətin sahibidir.

Türkiyə mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib:

“Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və safirdən ibarət olub.