Müğənnidən sevgilisinə MESAJ:  “Bu il nikah  olmazsa, polisə şikayət  edəcəyəm”
22 sentyabr 2026 09:53 (UTC +04:00)

Müğənnidən sevgilisinə MESAJ: “Bu il nikah olmazsa, polisə şikayət edəcəyəm”

0

Türkiyəli müğənni İrem Derici şəxsi həyatı və son günlər yaşadığı hadisələrlə bağlı açıqlamalar verib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, müğənni ona qarşı sosial mediada yazılan fikirlərlə bağlı danışıb. O, insanlara cavab verməkdən yorulduğunu bildirib.

Müğənni şəxsi həyatından da söz açıb. O, sevgilisi Melihlə çətin dövr keçirdiklərini, daha sonra yenidən bir araya gəldiklərini deyib. Derici bu il ərzində nikah baş tutmasa, sevgilisindən şikayət edəcəyini zarafatla deyib:

“Bu il bitənə qədər Melih mənimlə evlənməsə, polisə gedib "məni yubatdı", deyə şikayət edəcəyəm. 39 yaşım var, 40 yaşımda evlənəcəyəm”.

Müğənni yeni ev aldığını, lakin evdə problemlər çıxdığını və hazırda təmirə xeyli pul xərclədiyini də söyləyib.

İrem Derici onun hamilə olması ilə bağlı yayılan xəbərlərə isə sərt reaksiya verib:

“Necə hamilə qala bilərdim? Adam həbsdə idi”.

Uşaq sahibi olmaq istəyib-istəmədiyi ilə bağlı suala müğənni müsbət cavab verib. O, yaşının artıq 40-a yaxınlaşdığını qeyd edərək gələcəkdə ana olmağı arzuladığını bildirib.

“İstəyirəm, amma yaş 40 oldu. Görək alınacaqmı. Dünyanın ən yaxşı anası olardım. Rihanna kimi uşaqlarımın yanında olmaq istəyirəm”, - sənətçi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar