Bu qızdırmadan 29 nəfər ölüb
26 yanvar 2020 19:08 (UTC +04:00)

Bu qızdırmadan 29 nəfər ölüb

Yanvar ayı ərzində Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb, 195 nəfərin infeksiyaya yoluxduğu təsdiqlənib.

APA-nın “Nation” nəşrinə istinadən verdiyi xəbərə görə,  bu barədə Nigeriyada Xəstəliklərə nəzarət üzrə mübarizə mərkəzi məlumat yayıb.

Lassa qızdırması tənəffüs sisteminin, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır. Xəstəlik ərzaq, su, hava-damcı, cinsi əlaqə yolu ilə keçə bilər. Xəstəliklə əlaqədar əsas profilaktik tədbirlər siçovullarla mübarizə, ərzaq və suyun qorunmasıdır.

# 1301
avatar

Oxşar yazılar