Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
25 yanvar 2020 10:30 (UTC +04:00)

Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Türkiyənin Elazığ və Malatya vilayətlərində baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb.

Bu barədə APA-nın yerli bürosuna Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən (AFAD) məlumat verilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya bildirilib ki, təbii fəlakətlə əlaqədar (00905526792565) “Qaynar xətt” yaradılıb. “Qaynar xətt”ə indiyədək zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşları ilə bağlı heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb. 

# 1055
avatar

Oxşar yazılar