Türkiyədə zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb, 1031 yaralı var - VİDEO - YENİLƏNİB
25 yanvar 2020 13:12 (UTC +04:00)

Türkiyədə zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb, 1031 yaralı var - VİDEO - YENİLƏNİB

Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

 

APA-nın məlumatına görə, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb.

 

Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

 

 

 

 

Axtarış-xilasetmə işləri davam etdirilir.

 

08:24

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb. 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.

****

02:52

 

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib. 

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib. 

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur. 

***

01:44

Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.

 

***

23:18

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var. 

APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb. 

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

****

22:46

 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub. 

APA-nın yerli bürosunun məlumatına görə, iki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.

****

22:22

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İidarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  Şimali İraqın Ərbil və Duhok vilayətlərində də hiss olunub.     

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

****

22:14

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücünd zəlzələ olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. 

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

# 7039
avatar

Oxşar yazılar