
Bakıda oğurlanan "Zil" rayonda tapıldı

Bakının Sabunçu qəsəbəsində avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oğurluqla bağlı qəsəbə sakini S.Quliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
O, yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib.
Görülmüş tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitəsini saxlayıb və onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinə təhvil verib.
Araşdırma aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakıda sürücü iki avtomobilin arasında qaldı - FOTO
22 yanvar 2021 , 04:36
Yol buz bağladı, 11 avtomobil toqquşdu - Bakıda qəza - FOTO
22 yanvar 2021 , 01:58
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO
22 yanvar 2021 , 00:13
Abşeronda avtoqəza: 4 nəfər xəsarət aldı - FOTO
21 yanvar 2021 , 22:38
Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26