Uşaqların Almazının 70 illik yubileyi olacaq
22 yanvar 2020 11:58 (UTC +04:00)

Uşaqların Almazının 70 illik yubileyi olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyi keçiriləcək.

Teatrdan Lent.az-a bildirilib ki, yanvarın 25-nə planlaşdırılan yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı aktrisanın oğlu Mustafa Mustafayevdir.

Teatrlaşdırılmış tədbirdə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş ediləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib.

# 1539
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar