Almaniyada II Dünya Müharibəsindən qalan bomba səbəbindən 11 mindən çox sakin köçürülüb
18 yanvar 2020 07:35 (UTC +04:00)

Almaniyada II Dünya Müharibəsindən qalan bomba səbəbindən 11 mindən çox sakin köçürülüb

 

Almaniyanın Düsseldorf şəhərində tikinti işləri zamanı II Dünya Müharibəsi illərində atılmış bomba aşkarlanlb. Buna görə də 11 mindən çox insan təxliyyə edilib.

APA xəbər verir ki, bu barədə şəhərin rəsmi “Twitter” səhifəsində məlumat yer alıb.

“Cümə günü səhər tikinti işləri zamanı 10 sentner ağırlığında Britaniya bombası tapılıb. Bombanın bu gün üçün zərərsizləşdirilməsi planlaşdırılır. İlk hesablamalara görə, hadisə nəticəsində 30 minə yaxın insan əziyyət çəkib, 11650 nəfər partlayıcı qurğunun tapıldığı yerdən 500 m radiusda öz evlərini tərk edib.

1 km radiusda olan 19 mindən çox insanın isə bomba zərərsizləşdirilmədiyi müddətdə evdən çıxması tövsiyə olunmur.

# 1049
avatar

Oxşar yazılar