Uşaq böyütmək üçün ən yaxşı ölkələr – SİYAHI
17 yanvar 2020 19:27 (UTC +04:00)

Uşaq böyütmək üçün ən yaxşı ölkələr – SİYAHI

Amerikada “Ən yaxşı ölkə” adı altında aparılan araşdırmaya əsasən uşaq böyütmək üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda ilk yeri Skandinaviya ölkələri tutur. Sorğuda iştirak edənlər təhlükəsizlik, insan haqları, gender bərabərliyi, təbiətlə iç-içə həyat tərzi kimi parametrlərə ən uyğun ölkələr kimi Danimarka, İsveç və Norveçin adını ilk sırada çəkib.  

Skandinaviya ölkələrini Kanada, Hollandiya, Finlandiya, Yeni Zellandiya, Avstraliya təqib edir. Siyahıda İngiltərə 11-ci sırada yer alarkən, ABŞ 18-ci sırada qərarlaşıb. Amerikanın siyahıda geridə qalmasına səbəb son illərdə ölkədə orta məktəblərə olan hücumlarla bağlıdır. 73 ölkənin yer aldığı siyahıda Türkiyə 45-ci, Qazaxıstan isə sonuncu yerdə olub.

Mütəxəssislərin fikrincə, bu nəticələr Skandinaviya ölkələrində valideynlərin və uşaqların həyatını asanlaşdıran və insan hüquqlarını qoruyan təcrübələrin olması ilə sıx bağlıdır. Analıq və atalıq məzuniyyəti, pulsuz məktəbəqədər təhsil, uğurlu ictimai təhsil müəssisələrinin mövcudluğu Skandinaviya ölkələrini uşaq böyütmək üçün ən yaxşı ölkə kimi önə çıxarır. Bundan əlavə, bu ölkələrdə gender bərabərliyinin mövcudluğu vacib bir göstəricidir.

Qeyd edək ki, sorğuda hər il Amerika, Asiya, Avropa, Yaxın Şərq və Afrikadan olmaqla 20 mindən çox insan iştirak edir.

# 2107
avatar

Aygün İbrahimli

Oxşar yazılar