Ziya Bünyadov prospektində avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO
16 yanvar 2020 02:46 (UTC +04:00)

Ziya Bünyadov prospektində avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

 

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. 

"Opel" markalı avtomobil idarəetmədən çıxaraq piyada nişanına çırpılıb. Avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1676

Oxşar yazılar