Bakıda kişi bıçaqlanaraq ağır xəsarət alıb
12 yanvar 2020 22:52 (UTC +04:00)

Bakıda kişi bıçaqlanaraq ağır xəsarət alıb

 

 

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Ət kombinatının yaxlığında 1989-cu il təvəllüdlü Novruzov Kamil Asif oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar