Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti sürüşmə sahəsində saat 12:00-a olan məlumatı açıqlayıb.
Lent.az bildirir ki, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır:
"Müşahidələr davam etdirilir və bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır".
Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.