“Ramoş”dan sonra "Saşa" da saxlanıldı - Əməliyyat-axtarış tədbirləri davam edir
08 yanvar 2020 11:42 (UTC +04:00)

“Ramoş”dan sonra "Saşa" da saxlanıldı - Əməliyyat-axtarış tədbirləri davam edir

Gəncədə kriminal aləmlə əlaqəsi olan daha bir şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, az öncə saxlanılan Gəncə şəhər sakini “Ramoş” ləqəbli Bəhram Səmədovun kriminal əlaqələri ətrafında əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə şəhər sakini "Saşa" ləqəbli  Sabir Şabanov da saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.

Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2146

Oxşar yazılar