Prezident “Sabah”  futbol klubuna 5 milyon manat ayırdı
27 avqust 2026 15:39 (UTC +04:00)

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı

0

Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Sərəncama əsasən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar