Türkiyədə zəlzələ baş verib
05 yanvar 2020 10:20 (UTC +04:00)

Türkiyədə zəlzələ baş verib

Türkiyədə Egey dənizi sahillərində 4,0 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:11-də qeydə alınıb.

Zəlzələnin episentri Türkiyənin İzmir vilayətinin Urla rayonundan 21 kilometr məsafədə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

# 5315
avatar

Oxşar yazılar