10873
19:20
05 Yanvar 2020

Göyərti şorbası: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla asan hazırlanan göyərti şorbası ilə tanış edəcəyik.

Tərkibi:

Dağ keşnişi, turşəng, cəfəri, şüyüd, nanə, keşniş, kəvər, ispanaq, 1 ədəd kök, 1 ədəd soğan, 1 diş sarımsaq, 4 ədəd alça qurusu, pul bibər, duz, 1 xörək qaşığı un, yağ.


Hazırlanması:

Öncə kökü doğrayıb yağda bişiririk. Sonra içərisinə pul bibəri, soğanı, sarımsağı və alçanı əlavə edirik. Bir az qovrulduqdan sonra un və su tökürük. 10 dəqiqə bişdikdən sonra göyərtini yuyub doğrayıb əlavə edirik və duzunu tökürük. 5 dəqiqədə qaynayıb bişdikdən sonra şorbanı ocaqdan götürürük.

Nuş olsun!