ABŞ-ın öldürdüyü generalın yerinə yeni komandan təyin olundu
03 yanvar 2020 14:47 (UTC +04:00)

ABŞ-ın öldürdüyü generalın yerinə yeni komandan təyin olundu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinə yeni komandan təyin olunub.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İsmail Kaani yeni komandan təyin edilib.

İ. Kaani buna qədər “Əl Qüds” xüsusi təyinatlı qüvvələr komandanının müavini olub.

Qeyd edək ki, “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4043

Oxşar yazılar