Bakıda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO - VİDEO
03 yanvar 2020 07:20 (UTC +04:00)

Bakıda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO - VİDEO

 

 

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

APA xəbər verir ki,  hadisə Ziya Bünyadov prospektində baş verib.

“Nissan” markalı avtomobili arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb.

Qəza zamanı iki sərnişin xəsarət alıb. 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1279

Oxşar yazılar