Ronaldu futboldan sonrakı həyatından DANIŞDI
29 dekabr 2019 09:53 (UTC +04:00)

Ronaldu futboldan sonrakı həyatından DANIŞDI

 

Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin lideri Kriştianu Ronaldu futbol karyerasını başa vurandan sonra nə ilə məşğul olmaq istədiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o deyib ki, 50 ildən çox yaşamaq və özünü kino biznesində sınamaq istəyir. Bu isə onun üçün prinsipial olaraq yeni sahədir. 

Futbolçu, bədəninin səhv reaksiya verdiyini hiss etdikdə idmandan gedəcəyini əlavə edib. Onun sağlam həyat tərzi sürməsinə, düzgün qidalanmasına və daim məşq etməsinə baxmayaraq, tez, yaxud gec bu baş verəcək. 

- Mən həmişə yeni nəsə öyrənməyi məsləhət görürəm. Hər zaman özüm də buna can atıram. Mən həmişə özümü təhsilə can atıram, çünki dərslərim, bir qayda olaraq, verdiyim bir çox suallara cavab verir, - Ronaldu qeyd edib. 

# 1253
avatar

Oxşar yazılar