551
16:52
27 Dekabr 2019

Külli miqdarda partlayıcı müsadirə edildi

Respublikanın daxili işlər orqanlarının əməkdaşları ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.