Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatdı
26 dekabr 2019 17:01 (UTC +04:00)

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatdı

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha 1 partiyanın – Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının səlahiyyətli, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar