Gələn il hansı üst geyimləri dəbdə olacaq? - FOTOLENT
21 dekabr 2019 12:14 (UTC +04:00)

Gələn il hansı üst geyimləri dəbdə olacaq? - FOTOLENT

Hər fəslin öz geyimi olduğu kimi, qış fəslinin də ən çox istifadə edilən geyimi paltolardır.
Lent.az xəbər verir ki, 2019-2020-ci il üst geyimlərində əsl xəzdən imtina edilir. 
Bu ilin əsas rəngləri bej, zeytun yaşılı, südrəngi, açıq buz mavisi, tünd qəhvəyi (konyak rəngi), qırmızının soyuq tonları, torpaq rəngləridir. Ancaq dəblə uyğunlaşmağa çalışarkən, zövqsüz olmamaq üçün bu rəngləri qarışdırmamaq lazımdır.
Bu il vitrinlərdə hər növ- düyməli, kəmərli, bol və s. formalı paltolarla rastlaşmaq mümkündür.
Tvid parçalardan olan paltolar daha çox diqqət çəkir. Bu parçalar üzərində qazayağı görüntülü paltolar, ağ, bej, qəhvəyi və torpaq tonlarında olan midi boy paltolar əsas trendlərdəndir. 


Ötən ildən etibarən tez-tez rastlaşdığımız içi xəz şəkilində olan baykerlər bu il də zövqlü xanımların əsas seçimi olmağa davam edəcək.


Eyni zamanda 2019-2020-ci il daha çox istifadə olunan "dublyonka"lar da yenidən dəbdədir. 

Böyük ölçülü (oversize) üslubun pərəstişkarları üçün stilistlər müxtəlif uzunluqlu bir palto, boş və bir qədər uyğun bir siluetləri də bu ilin palto seçimlərinə daxil edib. 


Ancaq çoxlarının sevdiyi qısa dəri gödəkçələr 2019-2020-ci ilin trendləri sırasında yer almır. Bu gödəkçələrin yerini uzun, pencəyi xatırladan, kəmərli, eko-dəri və ya dəridən olan üst geyimləri alıb.

# 2835
avatar

Firuzə Vahid

Oxşar yazılar