Tələbə toyuğa pianinoda  çalmağı öyrətdi - VİDEO
20 dekabr 2019 19:24 (UTC +04:00)

Tələbə toyuğa pianinoda çalmağı öyrətdi - VİDEO


Çinin Quyçjou kənd təsərrüfatı kollecinin tələbəsi toyuğu pianinoda çalmağa öyrədib.
 
Lent.az intenet mənbələrə istinadən xəbər verir ki, tələbə heyvan davranışı psixologiyası kursu üçün imtahan olaraq qeyri-adi bir sınaq keçirib. Təcrübənin üç ay ərzində aparıldığı qeyd olunur.

Qeyri-adi tapşırıq yalnız toyuq pianoda üç mahnını mənimsədikdən sonra tamamlanıb. 

Çinli tələbə İnternetdəki abunəçilərinə qazandığı uğurlardan danışıb.

Gənc oğlan İnternetdə toyuqun həqiqətən pianoda "ifa etdiyi" videonu yayımlayıb.
 
Təcrübə zamanı toyuğun hansı düməyə basmaq lazım olduğunu başa düşməsi üçün tələbə qırmızı lazerlə lazımı düymələri işıqlandırıb.

Əgər toyuq toyuq düymələri düzgün basıbsa, o zaman yemək verilib.

Zaman keçdikcə toyuq başa düşüb ki, əgər düzgün ifa edəcəksə, mükafat alacaq.

Nəticədə toyuq “əsl” musiqiçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1655

Oxşar yazılar