11:31
19 Dekabr 2019

1941-ci ildən bəri bunu bacaran olmamışdı

“Barselona”nın futbolçusu Ansu Fati tarixə düşüb.

Lent.az -ın məlumatına görə, istedadlı hücumçu buna İspaniya çempionatının 10-cu turundan “Real”la təxirə salınmış oyunda imza atıb.

Fati qolsuz bərabərliklə yekunlaşan qarşılaşmada 83-cü dəqiqədə meydana daxil olub. Nəticədə 1941-ci ilin oktyabrından bəri “El Klasiko”da debüt edən ən gənc futbolçu adına yiyələnib. Fati “Real”a qarşı dünənki görüşü 17 yaş 48 günlüyündə keçirib. Rekord isə 1941-ci ildə 16 yaş 278 günlüyündə “El Klasiko”da “Barselona”nın formasını geyinmiş Visente Martinesə məxsusdur.

Qeyd edək ki, dünənki heç-heçədən sonra "Barselona" 36 xalla La Liqada liderliyini davam etdirib. İkinci pillədə qərarlaşan "Real" da eyni xala malikdir.

Dİgər xəbərlər