Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB
09 dekabr 2019 10:57 (UTC +04:00)

Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

31 yaşlı kişinin ölümündə şübhəli bilinən şəxs saxlanılıb.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə mübahisə nəticəsində meydana gəlib. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Onların aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə olunduğu qeyd edilir. 

N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

saat: 03:12

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 9 dekabr, saat 00:30-da metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.

28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 3330
avatar

Mehman Nəbiyev

Oxşar yazılar