“Barselona”dan Mbappeyə fantastik təklif
06 dekabr 2019 10:39 (UTC +04:00)

“Barselona”dan Mbappeyə fantastik təklif

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe karyerasını İspaniyada davam etdirə bilər. Lent.az-ın məlumatına görə, “Barselona” fransalı hücumçunu heyətinə qatmaq istəyir.

Kataloniya klubu PSJ rəhbərliyinə fantastik təkliflə müraciət edib. Belə ki, “Barsa” Mbappenin transferi müqabilində qarşı tərəfə 2 futbolçusu - Antuan Qrizmann və Usman Dembeleni, həmçinin 120 milyon avro verməyə hazırdır. “Barselona”nın Qrizmann və Dembeleyə ümumilikdə 245 milyon avro (bonussuz) xərclədiyini nəzərə alsaq, edilən təklif 365 milyon avro dəyərindədir.

PSJ rəhbərliyi Mbappeni satmaq istəməsə də, bu cür təklifdən imtina edəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, K.Mbappenin parislilərlə müqaviləsinin müddəti 2022-ci ilin yayınadək nəzərdə tutulub.

# 1682
avatar

Rizvan Babayev

Oxşar yazılar