Azərbaycanda bütün qadınlar mütləq bu müayinədən keçməlidir – HƏKİMDƏN ÇAĞIRIŞ
04 dekabr 2019 17:09 (UTC +04:00)

Azərbaycanda bütün qadınlar mütləq bu müayinədən keçməlidir – HƏKİMDƏN ÇAĞIRIŞ

Son zamanlar insanların qorxulu yuxusuna çevrilən xərçəng xəstəliyi, getdikcə artmaqda davam edir.

 

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkə üzrə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələrindən ölən qadınların sayı 543 nəfər olub.

 

Maraqlıdır, qadınlarda cinsiyyət orqanlarında xərçəng xəstəliyinin yaranma səbəbi nələrdir?

 

Mövzu ilə bağlı Lent.az-ın sualını cavablayan ginekoloq Rəşad Sultan bildirib ki, aşağı cinsi orqan xərçəngin əsasən 3 növü geniş yayılıb.

 

Onun sözlərinə görə, bunlar yumurtalıq xərçəngi, uşaqlıq cisminin xərçəngi və uşaqlıq boynu xərçəngidir:

 

 

 

 

“Yumurtalıq xərçənginin nədən yarandığı bilinmir. Təkcə bizdə deyil, bütün dünyada bu xəstəliyin vaxtında aşkarlanması və müalicəsi problemə çevrilib. Tibb elmi nə qədər inkişaf etsə də, dünya üzrə, istər xəstəliyin erkən aşkarlanmasında, istərsə də qarşısının alınmasında, konkret bir irəliləyiş yoxdur. Müalicəsi isə cərrahiyyədən və kimyaterapiyadan asılıdır. Dünyada hansı müalicə növü aparılırsa, bizdə də o tətbiq olunur. Yəni ki, istər müalicə, istərsə də ölüm faizi nəticəsində dünya ilə heç bir fərqimiz yoxdur.

 

Uşaqlıq cisminin xərçəngi üçün isə əsas risk faktoru piylənmədir. Ümumiyyətlə, ölkəmizdə və ya dünyada bir çox xəstəliklərin başında duran səbəb piylənmədir. Ona görə bu səbəbdən uşaqlıq cisminin xərçəngində artım ola bilər. Bundan başqa, menstruasiya problemi yaşayan qadınlarda da uşaqlıq cisminin xərçəngi riski çoxdur. Xəstəliyin yaranmasında su amilinin, qeysəriyyə əməliyyatlarının və qadın bezlərinin rolu yoxdur”.

 

R.Sultan bildirib ki, normal hamiləlik, qadını uşaqlıq yolunun xərçəngindən qoruya bilir:

 

“Bundan başqa bir çox insanların istifadə etməkdən çəkindiyi, hamiləlikdən qorunmaq üçün istifadə edilən dərmanlar da bu xəstəliyin yaranma riskini aşağı salır. Bu problemi yaşayan insanlar vaxtında müalicə alıb, xəstəliyin riskini aşağı salmalıdır”.

 

Həkimin sözlərinə görə, ən çox yayılan xərçəng növü uşaqlıq boynu xərçəngidir:

 

“Uşaqlıq boynu xərçənginin virusla keçdiyi sübut olunub. Belə ki, uşaqlıq boynunda xərçəng yaradan papilloma virusu cinsi yolla keçir. Uşaqlıq boynu xərçəngində risk qrupu daşıyanlar bunlardır:

 

Erkən yaşlardan cinsi aktivliyi başlayanlar, çoxlu sayda cinsi partnyoru olanlar, partnyorunun çoxlu sayda cinsi tərəf müqabili olan qadınlar bu xəstəlikdə risk qrupunda sayılır. Haradasa 20 yaşda cinsi aktivliklə bərabər uşaqlıq boynu xərçəngini törədən papilloma virusu orqanizmə daxil olur və 30-40 yaş arasında xərçəng yaradır. Dünyada bu sahədə ən böyük inqilab uşaqlıq boynundan yaxmanın tətbiqi sayəsində problemin vaxtında aşkar edilməsidir. Belə ki, bu sayədə xərçəng yaranmamış xəstələri müalicə etmək mümkün olur. Bizim ölkədə də bu yaxma tətbiq olunur, amma təəssüflər olsun ki, bu hal kütləvi şəkildə aparılmır. Düşünürəm ki, bu mütləq dövlət proqramı səviyyəsində təşkil olunmalı və bütün qadınlardan yaxma götürülməlidir, bu müayinədən keçməlidir. 30-40 yaş arası qadınların bu müayinə üsuluna cəlb edilməsi vacibdir. Adıçəkilən virusun peyvəndi də var. Ölkəmizdə də bu peyvəndin təbliği və tətbiqi olmalıdır”.

 

 

Həkim qeyd edib ki, xəstəlik nə qədər gec aşkar edilərsə, müalicəsi də o qədər çətinləşir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar