4794
11:28
03 Dekabr 2019

Elza ilə muğam oxuyanlar arasında QALMAQAL - Mələkxanım, Fərqanə...

Əməkdar artist Elza Seyidcahanın xanəndələr haqqında dediyi “Çox oxuyub məni yorurlar, qışqırırlar” fikirləri qalmaqala səbəb olub.

Lent.az -ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən xanəndələr E.Seyidcahana etiraz ediblər. İlk münasibət bildirən isə Xalq artisti Mələkxanım Əyyubova olub:

“Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır”.

Xanəndə İlkin Əhmədov isə “Dinləyə bilməyən çölə çıxsın”, - deyib.

Müğənnin sözlərinə Əməkdar artist Fərqanə Qasımova da biganə qalmayıb: “Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib: “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm”.

Qeyd edək ki, E.Seyidcahan xanəndələr haqqında bu sözləri demişdi: “Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.