1095
10:42
28 Noyabr 2019

Arvadı ilə dalaşıb intihara cəhd edən ruhi xəstə ilə bağlı YENİ XƏBƏR

Özünü binadan atan 25 yaşlı Əli Məmmədovun vəziyyəti hələ ki, ağırdır.

Bu barədə Lent.az -a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan aldığımız məlumata əsasən, özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından atan 25 yaşlı Əli Məmmədova qabırğanın və boyun fəqərələrinin sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. Bu gün isə onun yenidən kompüter tomoqrafiya müayinəsinə göndəriləcəyi qeyd olunur. Həmçinin yaxın zamanlarda Əli Məmmədovun evə buraxılmasının mümkün olmayacağı da verilən məlumatda bildirilir.

***

21.11.2019

saat: 17:30

Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə baş verən intihara cəhd faktına aydınlıq gətirib.

DİN-in Bərdə regional qrupunun baş inspektoru polis baş-leytenantı Aslan Qiyaslı APA -ya açıqlamasında bildirib ki, noyabrın 27-də günorta saatlarında Tərtər rayonunun Yeni qəsəbəsində müvəqqəti məskunlaşan, Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.