Uşaqları öldürən, morqda işləyən, xərçəngə qalib gələn, ... yazıçılar - 10 MARAQLI FAKT
23 noyabr 2019 19:29 (UTC +04:00)

Uşaqları öldürən, morqda işləyən, xərçəngə qalib gələn, ... yazıçılar - 10 MARAQLI FAKT

Tanınmış təhsil eksperti Kamran Əsədov səhifəsində yazıçılarla bağlı maraqlı paylaşım edib.

Lent.az yazıçılarla bağlı maraqlı faktları təqdim edir:

1. Mixail Vasilyeviç Lomonosov Elmlər akademiyasında işləyərkən dəfələrlə alman alimlərinə hücumlarına görə, qalmaqallı davranışlarına görə, ölüm cəzasına məhkum edilib. Hökm ləğv olunub, Lomonosovu isə üzr istəməyə məcbur ediblər.

2. Yanan gəmidən xilas olmaq istəyərkən İvan Turgenev qadınları və uşaqları itələyirmiş. Hətta matrosu satın almağa çalışırmış. Sonralar o, bu hərəkətindən utanıb və peşmanlığını “Dənizdə yanğın” oçerkində təsvir edib.

3. İvan Andreyeviç Krılovun tənbəlliyi və pintiliyi dillərə dastan imiş. Bir gün onu hansısa ziyafətə-Maskarada çağırırlar. Təmsil ustası onu maskarada dəvət edənlərdən hansı kostyumda gəlməli olduğunu soruşur:

“Siz, İvan Andreyeviç, yuyunun, saçınızı darayın gəlin. İnanın ki, bu görkəmdə heç kim sizi tanımayacaq”.

4. Vladimir Mayakovski durğu işarələrini sevmirmiş. Onu harada qoymalı olduğunu daima qarışdırırmış. Bəzən də ümumiyyətlə nöqtə, vergül qoymurmuş. Onun pilləkən şeirləri də bu qramatik bilgisizliyindən yaranıb.

5. Viktor Hüqo dadlı yeməkləri o qədər çox sevirdi ki, onun haqqında zarafatla deyirdilər: “Təbiət 3 böyük mədə yaradıb: ördəyin, köpək balığının və Viktor Hüqonun”. Hüqonun yeməklərə olan sevgisi nəvəsi Florian Hüqoda təzahür edir - Florian məşhur aşpazdır.

6. Həyat yoldaşı Aelaksandr Puşkindən ən az 10 sm hündür olduğu üçün Puşkin ziyafətlərdə daim ondan aralıda dayanırdı. Amma bir yandan da bu şairin əleyhinə işləyirdi.

7.  Ernest Miller Heminquey iki avtoqəza keçirib, dəri xərçənginə qalib gəlib, malyariya, hepatit, diabet və qan zəhərlənməsindən qurtulub, sonda 62 yaşına az qalmış özünü gülləylə vurub.

8. Qabriel Qarsia Markes “100 il tənhalıq” romanının ekranlaşdırılmasına formal olaraq qadağa qoymayıb. Sadəcə olaraq, kitabın bütünlükdə çəkiləcəyi halda ekranlaşmaya icazə verilib. Həm də il ərzində xronometrajı 2 dəqiqə olan 1 hissə çəkilə bilər. Bununla kitab 100 ilə çəkilər.

9. Nikaha vicdanı təmiz, şəffafca qədəm qoymaq istəyən Lev Tolstoy toydan əvvəl gəlinə öz şəxsi gündəliklərini oxumağa verib. Gündəlikdə olan pozğun əlaqələr, azart oyunların təsviri haqda xatirələr Sofya Alekseyevanın nəinki toyunu, qalan həyatını da cəhənnəmə çevirib.

10. İosif Brodskiy ədəbi karyerasına başlamazdan əvvəl morqda köməkçi, ocaqçı, matros və tərcüməçi işləyib.

# 2543
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar