363
06:24
23 Noyabr 2019

Meksikada avtoqəza zamanı 7 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Meksikanın cənubundakı Çyapas ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın "El Universal" qəzetinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yarğana düşüb.

Avtobus San-Kristobal-de-las-Kasas şəhərindən Mexikoya gedirmiş. Rəsmilər hadisənin təfərrüatları ilə əlaqədar istintaq araşdırmalarına başlayıb.

Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat hələ açıqlanmayıb.