TEXNOLOGİYA: “Windows 10” üçün daha möhtəşəm bir YENİLİK
20 noyabr 2019 19:18 (UTC +04:00)

TEXNOLOGİYA: “Windows 10” üçün daha möhtəşəm bir YENİLİK

 

Microsoft Windows 10'a yeniliklər və funksiyalar gətirməyə davam edir. 

Lent.az “technote”a istinadla xəbər verir ki, hazırda 1909 yenilənməsi ilə istifadəçilərin rəğbətini qazanan şirkətin bu səfər planlarında internetdə daha təhlükəsiz gəzinə bilmək üçün son zamanlar adını çox hallanan DNS-Over-HTTPS yeniliyini gətirməsidir. 

Bu funksiya bir başa Windows DNS sisteminə inteqrasiya ediləcək. 

Google tərəfindən keçdiyimiz aylarda bir internet standartı olaraq tanıdılan HTTPS üzərindən DNS protokolu bu ilin sonuna qədər Google Chrome və Mozilla Firefox brauzerlərində dəstəklənməyi gözlənilir. İstifadəçilərə yeniliklər təqdim etməyi sevən Microsoft şirkəti də bu standartın Windows'un DNS sisteminə bir başa inteqrasiya etməsi planlanır. 

Microsoft qeyd edir ki, DoH funksiyasının aktivləşməsi üçün istifadəçi bunu təsdiq etməlidir. Həmçinin deaktiv edərək Standart DNS protokollarına keçmək üçün də yenə istifadəçinin bunu təsdiq etməsi lazım olacaq. 

Yeni özəllik ilk növbədə Windows Insider istifadəçilərinə veriləcək. Stabil şəkildə isə 2020-də çıxması planlanan 20H1 yenilənməsi ilə birliktə bütün Windows 10 istifadəçilərinə veriləcək.

Bu yeni protokol cihazlarımızda istifadə etdiyimiz DNS kodlarını şifrələyərək komputer piratları tərəfindən internet trafikimizin izlənilməsinə və zərərli saytlara yönləndirilməni daha da çətinləşdirir. 

Digər tərəfdən bu protokol kommunakasiya qatlarının hamsını kodlaşdırdığı üçün Provayderlər tərəfindən belə internet trafikinin izlənilməsi, qadağalar qoyulması mümkünsüz ola bilir. İnternet aldığımız Provayderlər düz mətin olaraq kodlanan HTTP protokoluna baxaraq istifadəçinin hansı saytlara girdiyini öyrənməsi mümkündür. 

Lakin DoH protokolu daha fərqli şifrələmə işlətdiyi üçün bu artıq mümkün olmayacaq.

# 1315
avatar

Oxşar yazılar