Xəzərdə batan neftçidən YENİ XƏBƏR
19 noyabr 2019 16:31 (UTC +04:00)

Xəzərdə batan neftçidən YENİ XƏBƏR

Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 54 yaşlı Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Şərifov neftçi olub. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, lakin buna baxmayaraq o, “SOCAR”ın əməkdaşı deyil: "İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” Məhdud Məsuliyyətli Сəmiyyət isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1775

Oxşar yazılar