Oğrular ələ keçdi: pul, sənəd, su sayğacı, ev quşu və s...
18 noyabr 2019 15:57 (UTC +04:00)

Oğrular ələ keçdi: pul, sənəd, su sayğacı, ev quşu və s...

Daxili İşlər orqanlarının əməkdaşları oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb.

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən həmin oğurluq hadisələrini təqdim edir.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki 5 həyətyanı sahədən ev quşu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini T.Nadirovu saxlayıb.

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşları 3 qadının çantasından pul və sənədlə oğulamaqda şübhəli bilinən paytaxt sakini B.Bünyatovu saxlayıb.

Oğurluq əməlinə görə saxlanılmış S.Pənahovun ətrafında Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onun oktyabrın 21-dən 28-dək olan müddətdə rayon ərazisindəki həyətyanı sahələrin birindən su sayğacı və “VAZ-2104” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Noyabrın 17-də saat 1 radələrində Quba şəhəri ərazisindəki marketlərin birindən Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gəliblər. Oradan oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılaraq Quba RPŞ-yə təhvil verilib.

Araşdırma aparılır.

# 1027
avatar

Mehman Nəbiyev

Oxşar yazılar