Məktəblərdə tətil başlayır
15 noyabr 2019 12:21 (UTC +04:00)

Məktəblərdə tətil başlayır

Noyabrın 16-dan Azərbaycanın ümumtəhsil məktəblərində 5 günlük payız tətili başlayır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilinin payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-i dərs günüdür.

Qeyd edək ki, bu tədris ilinin qış tətili gələn il yanvarın 27-dən 31-dək olacaq.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili mayın 1-dən 5-dəkdir.

 

 

 

 

# 1660
avatar

Aygün İbrahimli

Oxşar yazılar