Azərbaycan Prezidenti: “Avtomobil yollarında kifayət qədər tıxaclar var”
13 noyabr 2019 16:47 (UTC +04:00)

Azərbaycan Prezidenti: “Avtomobil yollarında kifayət qədər tıxaclar var”

“Avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə yeni dairəvi yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq”.

Lent.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.

# 1301
avatar

Oxşar yazılar