Piyada ölümlərinin ƏSAS SƏBƏBİ: Polis polkovniki danışdı
15 noyabr 2019 18:00 (UTC +04:00)

Piyada ölümlərinin ƏSAS SƏBƏBİ: Polis polkovniki danışdı

Yol-nəqliyyat hadisələrində ölüm hallarının əsas hissəi piyada vurulmalarının payına düşür. Demək olar hər gün ölkənin müxtəlif yerlərində piyadaların vurulması, əksər hallarda ölməsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayır. Bu hadisələrin qarşısının nisbətən alınması üçün Bakıda piyadaların ən çox istifadə etdiyi yerlərdə post-patrul xidmətinin əməkdaşları xidmət aparırdı. Həmin polislər qaydaları pozan piyadalara qarşı qanunla nəzərdə tutulmuş qaydada cərimə tətbiq edirdi. Sentyabr ayında isə Bakıda piyadaların cərimələnmə prosesi post-patrul xidməti əməkdaşlarından alınaraq yol polisinə verildi. Artıq bu dəyişiklikdən 2 ay keçdiyi üçün piyada vurulması hallarının azalıb-azalmadığını öyrənməyə çalışdıq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Lent.az-a açıqlamasında piyada vurulma hallarının azaldığını, lakin bunun minimuma endirməyin mümkün olduğunu söyləyib:

“Ümumiyyətlə, hadisələrimiz bütünlükdə azalmağa doğru gedir. Məsələn, ötən il piyada vurulmaları 62 faiz təşkil edirdisə, indi bu göstərici 51 faiz təşkil edir. Bu ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 71 fakt azalıb. 20-dən artıq ölüm faktı, 30-dan artıq xəsarət faktı azalıb. Bir sözlə, hadisələr, qəzalar azalıb. Ancaq mövcud şərait onu deməyə imkan verir ki, biz onu minimuma da endirə bilərik. Piyadalar arasında nizam-intizamın yüksəldilməsi, maarifləndirmə işinin düzgün təşkili, yeraltı və yerüstü keçidlərdən düzgün istifadə, profilaktiki tədbirlər və s. bunlar öz yerində olsa, piyada vurma halları da azalar. Çünki biz təhlil aparıb görmüşük ki, piyada vurulma hallarının əsas səbəbi sürücü və piyada səhlənkarlıqlarıdır”.

# 1585
avatar

Mehman Nəbiyev

Oxşar yazılar