
Dünya şöhrətli violin ifaçısı Maykl Qutman Bakıda çıxış edəcək

Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçiriləcək.
Bu barədə Lent.az-a Muğam Mərkəzindən məlumat verilib.
Maykl Qutman və Olqa Domninanın Bakı konsertində tamaşaçılara musiqi dilində mübarizə və zəriflik, ümid və arzular, sevgi və nifrəti hiss etmə anları bəxş ediləcək. Bu ifalardan zövq almamaq mümkün deyil. Çünki, konsert boyu əsl caz , tanqo, klassik fakturalı miksləri və virtuoz ifaların qarışığından ibarət musiqi dünyasına səyahət etmiş olacaqsız.
Tanınmış violin ifaçısı, Brüssel Kamera Orkestrinin dirijor və direktoru Maykl Qutman özünü Odessa ifaçılıq məktəbinin davamçısı hesab edir. Qərb mətbuatı Qutmanı 20-ci əsrin dünya avanqard banilərindən biri olan rəssam Şaqal ilə müqayisə edirlər. Onun ifalarını dinləyərək insan Şaqal rəsmlərindəki azadlığı duyaraq ruhən pərvazlanır.
Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina (fortepiano) bir çox beynəlxalq müsabiqələrin qalibidir. Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxışlar edir.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlərlə yanaşı “Klassik musiqi inciləri” adlı layihə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Layihə çərçivəsində klassik musiqi ifaçıları, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilir.
Dekabr ayında BMM-də “Klassik musiqi inciləri” layihəsi çərçivəsində Barselona Musiqi Akademiyasının professoru, dünyanın 17 eksklüziv pianoçusu siyahısında yer alan pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı proqramla çıxış edəcək.
Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Ramilə Qurbanlı
Oxşar yazılar

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00