“Yarat”ın təşkilatçılığı ilə “Mənim qarmonum” sənədli filmi nümayiş olunub
08 noyabr 2019 16:13 (UTC +04:00)

“Yarat”ın təşkilatçılığı ilə “Mənim qarmonum” sənədli filmi nümayiş olunub

"YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında “Periferik genişlənmə” sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın “Mənim qarmonum” sənədli filmi nümayiş edilib.

“YARAT”dan Lent.az-a bildirilib ki, ekran əsərinin nümayişindən sonra onun qəhrəmanı canlı olaraq qarmonda ifa edib.

Filmdə 10 yaşlı Sabirin arzularından danışılır. O, musiqiçi olmaq istəyir. Məcburi köçkün ailəsində anadan olan Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.

Sabirin akkordeona ehtiyacı var. Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür. Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir. Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.

# 1489
avatar

Oxşar yazılar