Üç ölkənin opera ulduzları bizim səhnədə
06 noyabr 2019 10:18 (UTC +04:00)

Üç ölkənin opera ulduzları bizim səhnədə

Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyalı bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş ediləcək.

Teatrdan Lent.az-a bildirilib ki, tamaşanı idarə etmək üçün sənət ocağının rəhbərliyi tanınmış italiyalı dirijor - Makedoniya Dövlət Opera və Balet Teatrının baş dirijoru, professor Yakopo Sipari di Peskasserolini dəvət edib. Maestro Sipari, eyni zamanda Qətər Simfonik Orkestri, İstanbul Milli Simfonik Orkestri, Belqrad Milli Teatrı Orkestri və Meksika Simfonik Orkestrinin dəvətli dirijorudur.

Operada baş rolu - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunda Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələrinin laureatı Stanislav Trifonov çıxış edəcək.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) da rol alacaqlar.

 

# 922
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar