Bu vasitə ilə sarı saçları yanmaqdan qoruyun - FOTOLENT
05 noyabr 2019 19:16 (UTC +04:00)

Bu vasitə ilə sarı saçları yanmaqdan qoruyun - FOTOLENT

Bu gün əksər qadınlar saçlarını sarı rəngə boyayırlar. Demək olar ki, hər il trend olan bu saç rəngini qorumaq olduqca çətindir. Açıq tonda olan rənglər saçları zədələyir və onların qurumasına səbəb olur. Buna görə də sözügedən saç tonlarına sahib olan xanımlar davamlı olaraq saçlarına qullu etməlidir.
 
Lent.az xarici KİV-ə istinadən sarı tonda olan saçları yanmaqdan qoruyan bəzi məqamları təqdim edir:
 
- Qara saçları sarı rəngə boyamaq üçün mütəxəssisə müraciət etmək mütləqdir.
- Saçları sarı rəngə boyadıqdan sonra bənövşəyi şampunlarla yumaq və bu rənglər üçün nəzərdə tutulan xüsusi məhlullarla saçı nəm saxlamaq, onları yanmaqdan qorumaq lazımdır. 
- Hindistan qozunun yağını və ya arqan yağını saçınıza çəkin və bir az saxlayıb durulayın. Belə etdikdə bir müddət saçınız nəm qalacaq.
 
# 1143
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar