
İnsanı ölümə aparan paket çayları
Kanadanın Makgill Universitetinin alimlərinin araşdırmalarına görə, əksər insanın istifadə etdiyi, paket çayın tərkibində zəhərli maddələr var.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1 paket çayın tərkibində insan sağlamlığı üçün təhlükəli hesab edilən təxminən 11,6 milyarda qədər plastik mikrohissəciklər və 3.1 milyarda qədər nano plastiklər var.
Paketin içərisindəki çayı çıxararaq üzərinə su töküb 5 dəqiqə saxladıqdan sonra mikroskopla baxış keçiriblər. Məlum olub ki, mikro və nano hissəciklər yalnız qaynanılan zaman ortaya çıxır.
Mövzu ilə bağlı terapevt Coşqun Məmmədli ilə əlaqə saxladıq.
Lent.az açıqlama verən terapevt bildirib ki, sadaladığımız bu maddələr haqqında ölkəmizdə heç bir məlumat yoxdur:
“Ancaq onu deyə bilərəm ki, tərkibi süni rəngdən ibarət olan həmin çayların xeyrindən çox ziyanı var. Paket çay istehsalında, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Buna görə də məsləhət bilərdim ki, insanlar öz sağlamlıqlarını təhlükəyə atmasınlar. Təbii bitkilərdən hazırlanan çaylara üstünlük verilsə, daha yaxşı olar”.
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12