
Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurdu
Ağstafada iki nəfəri elektrik cərəyanı vurması faktına görə cinayət işi başlanılıb.
Ağstafa rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Köçəsgər kənd ərazisində Tatlı dəmiryolu stansiyasında elektrik naqillərinin izolyatorlarını yenisi ilə əvəz etmək istəyərkən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Daşqın Mustafayevin hadisə yerində ölməsi, Ağstafa sakini Zaur Həsənovun xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci(əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub. Hadisədə təqsiri olacaq şəxslərin əməlinə hüquqi qiymət verilməsi təmin olunacaq.
Oxşar yazılar

Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18