<span style="color:red;">Heyva turşusu - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
12 sentyabr 2019 15:28 (UTC +04:00)

Heyva turşusu- Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla heyva turşusunun resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
1 kiloqram heyva, quru şüyüd çubuğu, sarımsaq, sirkə, duz
 
Hazırlanma qaydası:
 
Heyvaları yuyuruq, dilimlərə ayırıb, içini təmizləyirik. Sonra strelizə olunmuş butulkaya sarımsaq, şüyüd çubuğu və dilimlənmiş heyva atırıq. Hər butulkaya 1 çay qaşığı yarım duz əlavə edirik. Suyu qaynadıb butulkaları doldururuq. Sonra qazana isti su töküb butulkaları yerləşdirik. Turşunu 15 dəqiqə qaynadıb içərisinə 1 çay qaşığı sirkə əlavə edirik. Sonra qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3619

Oxşar yazılar