184
11:06
11 Sentyabr 2019

Məktəblimiz Avropada bütün rəqiblərini məğlub etdi

Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -a bildirilib ki, idarənin tabeliyindəki 183 nömrəli tam orta məktəbin X sinif şagirdiƏkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstandakeçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

Gənclər və yeniyetmələr arasında kikboksun “WAKO” versiyası üzrə keçirilən Avropa çempionatındaƏ.Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb.Qalib məktəbli qızıl medalla təltif olunub.İdmançının məşqçi müəllimi əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1 991 idmançı mübarizə aparıb.