594
11:59
06 Sentyabr 2019

Ermənistan həbsxanasında QİYAM

Ermənistanda cəzaçəkmə müəssisələrində məhbuslar qiyam qaldırıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yerli kütləvi informasiya vasitələrində həbsxanalarda kriminal avtoritetlərə qarşı təzyiqlərin edilməsi barədə məlumatlar yayılıb.

Xüsusi ilə bildirilib ki, Ədliyyə Nazirliyi əməkdaşları tərəfindən məhbuslar və onların əşyaları üzərində ciddi nəzarət tədbirləri həyata keçirilib. Nəzarət tədbirlərindən sonra məhbuslardan telefonlar, internet avadanlıqları və qadağan olunmuş əşyalar aşkarlanıb.

Ermənistanın ədliyyə naziri Rustam Badasyan isə “Facebook”da bildirib ki, ölkə həbsxanalarında baş vermiş kütləvi qiyamın qarşısı alınıb.

Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır, qiyam davam etdiriləcəyi təqdirdə, əlavə tədbirlər görüləcək.