452
13:04
05 Sentyabr 2019

Ağaclara su verməyən Hüseyn baba oldu

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədovun nəvəsi dünyaya gəlib. Aktyorun Lent.az -a verdiyi məlumata görə, oğlunun oğlu dünən gecə saatlarında anadan olub.

Ayşad Məmmədovun bir oğlu iki qızı var. Harun adlı oğlu birinci nikahdan, qızları isə ikinci nikahdandılar. Harun yaradıcı insandır. Aktyor deyir ki, oğlunun internetdə kanalı var və izləyiciləri çoxdur: “Bloger sözündən xoşu gəlmədiyi üçün demirəm blogerdir”.

Onu da deyək ki, hələ adı qoyulmayan oğlan uşağı Ayşad Məmmədovun ilk nəvəsidir.