Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi yeniləndi - FƏRMAN
02 sentyabr 2019 18:52 (UTC +04:00)

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi yeniləndi - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi yeni redaksiyada təsdiqlənib.
 
APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
 
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri
 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikasının müdafiə naziri
 
Azərbaycan Respublikasının ədliyyə naziri
 
Azərbaycan Respublikasının xarici işlər naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azərbaycan Respublikasının daxili işlər naziri
 
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar