"Apple" Amazon meşələrinin bərpasına maddi köməklik göstərəcək
27 avqust 2019 06:44 (UTC +04:00)

"Apple" Amazon meşələrinin bərpasına maddi köməklik göstərəcək

 

“Apple” şirkəti yanğınlardan zərər çəkən Amazon meşələrinin bərpası üçün vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk şəxsi “Twitter” səhifəsində məlumat paylaşıb.

Kuk, həmçinin dünyanın ən vacib ekosistemlərindən birinin üzləşdiyi fəlakətlə bağlı təəssüfləndiyini bildirib.

“Şirkətimiz biomüxtəlifliyin qorunmasına və Latın Amerikasındakı əvəzolunmaz Amazon meşələrinin bərpasına kömək etmək üçün vəsait bağışlayacaq”, - Kuk belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar